Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə abidələr ucaldılır.
Bakıvaxtı.az xəbər verir ki, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin şəhid müəllimi Rauf Əliyevin xatirə barilyefinin açılışı olub.
Açılışda Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə və İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elchin Najafov iştirak edib.
Şamaxı şəhərində 1993-cü ildə anadan olmuş Rauf Əliyev 2008-2012-ci illərdə isə S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində tar ixtisası üzrə təhsil aldıqdan sonra, 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
















