• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu, Prezidentin şəhid ailələrinə növbəti diqqət və qayğısıdır

CƏMİYYƏT

17 Yanvar 2023 | 15:39

Bu, Prezidentin şəhid ailələrinə növbəti diqqət və qayğısıdır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və başqa yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır.

“Zəfər” İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu, prezidentin diqqət və qayğısının nəticəsidir:

“Cənab prezidentin sərəncamı ilə bu yaxınlarda şəhid ailələrinə və müharibədə əlillik status almış qazilərimizə prezident təqaütü ayrıldı. Bu, Ali Baş Komandanın şəhid ailələri və qazilərə olan diqqət və qayğısının nəticəsidir”.

S.Orucova qeyd edib ki, hal-hazırda dünyada baş verən qiymət artımı Azərbaycan iqtisadiyyatına da güclü təsir göstərib: “Ona görə, verilən müavinatlarla qiymətlər arasında uyğunsuzluq yaranmışdı. Cənab prezident də bu sərəncamla şəhid ailələri və müharibədə iştirak etmiş əlilliyi olan qazilərə verilən təqaüdün məbləğini artırdı. Əminəm ki, bu həmin həssas təbəqənin sosial şəraitinə təsir edəcək. Bu, həssaslıq, diqqət və qayğının göstəricisidir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026