• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şəhid Ümüd Niftəliyevin nəşi Naxçıvana çatdırıldı - FOTOLAR

CƏMİYYƏT

18 Noyabr 2021 | 19:30

Şəhid Ümüd Niftəliyevin nəşi Naxçıvana çatdırıldı - FOTOLAR

Noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Ümüd Niftəliyevin cənazəsi doğulduğu Naxçıvana yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakıda Ü.Niftəliyevlə hərbçi yoldaşlarının vida mərasimi keçirilib. Onun cənazəsi hərbi qarovulun müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Leytenant Ümüd Niftəliyev Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.

***

Şəhid leytenant Niftəliyev Ümüd Oruc oğlunun cənazəsi Naxçıvana çatdırılıb.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidin cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salınıb.


Şəhid Ümüd Niftəliyevin nəşi Naxçıvana çatdırıldı - FOTOLARŞəhid Ümüd Niftəliyevin nəşi Naxçıvana çatdırıldı - FOTOLARŞəhid Ümüd Niftəliyevin nəşi Naxçıvana çatdırıldı - FOTOLARŞəhid Ümüd Niftəliyevin nəşi Naxçıvana çatdırıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026