• Bakı 11° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Şəhid ailələri və məcburi köçkünlərin yaşadığı binada KÜTLƏVİ XƏSTƏLİK 

CƏMİYYƏT

15 Dekabr 2021 | 14:22

Şəhid ailələri və məcburi köçkünlərin yaşadığı binada KÜTLƏVİ XƏSTƏLİK

Binalara istilik verilmir, sakinlər üst geyimində yatır.

Bakıvaxtı.az xəbər verir ki, Şirvan şəhərində şəhid ailələrinin və məcburi köçkünlərin yaşadığı yaşayış kompleksində binalara və məktəbə 1 aydır istilik verilmir.

Bunun nəticəsində infeksion xəstəlik kütləvi şəkildə yayılıb. Şagirdlər tədris prosesindən kənarlaşdırılıblar.

18 yaşından yuxarı olan şəxslər xəstəlik səbəbindən koronavirus əleyhinə peyvənd oluna bilmirlər.

Mənzil Kommunal Təsərrüfat Birliyindən sakinlərə bildirilib ki, bu il istiliyin verilməsi nəzərdə tutulmayıb.

Nazirlər Kabinetinin mərkəzi istilik sisteminin qazanxanalarından istifadə tariflərinə görə noyabrın 15-də binalara istiliklə təminatı olmalıdır. İstilik sistemi 15 noyabrdan 15 aprelə qədər – 152 gün istilik mövsümündə fəaliyyət göstərməlidir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR