• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şəhidlərimiz arasında Azərbaycan boksçusu da var

CƏMİYYƏT

14 Sentyabr 2022 | 10:02

Şəhidlərimiz arasında Azərbaycan boksçusu da var

Ermənistanın təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur.

Azərbaycan Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

Federasiyanın kollektivi şəhid boksçunun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət etsin!


Şəhidlərimiz arasında Azərbaycan boksçusu da var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026