• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Şəhriyar yarımfinala heç-heçə ilə başladı

İDMAN

30 Mart 2022 | 22:38 | Müəllif: Subhan Mahmudov

Şəhriyar yarımfinala heç-heçə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE Qran-prisinın III mərhələsində ilk yarımfinal görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 30-cu gedişdə "sülh"ə razılaşıb. Cavab qarşılaşması martın 31-də gerçəkləşəcək.

Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR