• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəkər bir dərd, şəkərsizlik başqa dərd... - Bəs dietolq nə deyir?

CƏMİYYƏT

12 May 2023 | 16:45 | Müəllif: Qalib İbrahimoğlu

Şəkər bir dərd, şəkərsizlik başqa dərd... - Bəs dietolq nə deyir?

Son zamanlar "qida rasionumdan şəkəri çıxartdım" ifadəsini tez-tez eşidirik. Demək olar, hər birinmizin ətrafında belə insanlar var. Bəs şəkərsiz həyatın nə kimi faydaları və zərərləri var?

Dietoloq Ləman Süleymanovanın Bakıvaxtı.az-a dediyinə görə, müəyyən kadeqoriyalı insanlar var ki, qidalanmaya diqqət edirlər: “Daha sağlıqlı qidalardan istifadə edirlər. Rasionundan ya un məmulatlarını çıxarırlar, ya şəkəri və s. Beləliklə, özləri öz qida balanslarını tənzimləyirlər. Bu, çox yaxşı mövzudur. 80% hallarda qarşılaşırıq ki, məşhurlar, incəsənət adamları şəkər məhsullarından imtina edirlər”.

L.Süleymanova bildirib ki, şkər dedikdə, bəzən biz bunu düzgün anlamırıq. Bu, meyvənin tərkibində də ola bilər, meyvə şirəsi də ola bilər. Şəkər var sağlıqlı, şəkər də var zərərlidir: “Sağlıqlı şəkərlər çox önəmlidir. Çünki, baş beyin hüceyrələri şəkər və oksigenlə qidalanır. Biz ən azından təbii meyvələrin tərkibindəki o şəkəri mütləq almalıyıq. Yaxşı düşünmək üçün, yaxud gün ərzində aktiv olmaq üçün və s. Bəzən şəkər sözünü düzgün anlamırlar. Tərkibində şəkər olan konservantlar, həddən artıq şəkərdən qənddən istifadə edən insanlar var. Bu baxımdan düzgün deyil”.

Müsahibimiz qeyd edib ki, şəkərdən tam imtina etmək olmaz. Onun sözlərinə görə, biz ən azından sağlığı qidalardan şəkərimizi almalıyıq.  Günün birinci yarısı meyvə şirəsinə üstünlük versək, balansımızı tənzimləmiş olarıq.

L.Süleymanova bildirib ki, çox şəkər qəbul etmək şəkərli diabetə gətirib çıxara bilər: “Heç şəkər qəbul etməməyin də xəstəliklərə yol açmağı qaçılmaz haldır”.

“Heç bir qidadan vaz keçməyin. Nə də ifrat dərəcədə istifadə edin. Sağlamlığınızın qeydinə qalın”, - deyə Ləman Süleymanova şəkərdən imtina edənlərə tövsiyə verib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026