• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəmkirdə gənc qadın itkin düşüb - FOTO

HADİSƏ

09 Yanvar 2022 | 11:16

Şəmkirdə gənc qadın itkin düşüb - FOTO

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  Bakıvaxtı.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova dekabr ayının 31-də gecə saatlarıda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Qurbanovanın əlamətləri belədir: boyu 160 sm, dolu bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy köynək, qara rəngli cins şalvar və qara rəngli gödəkcə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 751-71-98 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şəmkirdə gənc qadın itkin düşüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026