• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Sərdar Cəlaloğlu: “Yaxşı olardı ki, Azərbaycanla Ermənistanın ortaq qüvvəsi yaradılsın" - MÜSAHİBƏ

MÜSAHİBƏ

29 Avqust 2024 | 11:37

Sərdar Cəlaloğlu: “Yaxşı olardı ki, Azərbaycanla Ermənistanın ortaq qüvvəsi yaradılsın - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az-ın məlumatına görə, telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın qərb bölgələrini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir. Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar çərçivəsində ən yüksək səviyyədə aparılır.

Vəziyyəti dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bakıvaxtı.az-a müsahibəsində qeyd edib ki, Ermənistanın iştirakı olmadan Azərbaycan və Rusiya arasında gedən danışıqlarda dəhliz məsələsi necə həllini tapa bilər ki, həmin dəhliz Ermənistanın ərazisindən keçir:

- Bu məsələdə Ermənistanın iştirakı vacibdir. İndiki halda Ermənistanı bir kənara qoyub, məsələnin Rusiya və Azərbaycan arasında müzakirə olunması rəsmi Bakı üçün təhlükəli tendensiyalardan xəbər verə bilər. Rusiya bu yolu birtərəfli qaydada açmaq üçün Azərbaycanı Ermənistana təzyiq etməyə vadar edə bilər ki, bu da ölkəmizi başqa qüvvələrlə üz-üzə qoya bilər. Faktiki olaraq, Ermənistan danışıqlarda iştirak etmirsə, Azərbaycan da danışıqlardan imtina edib, məsələnin başqa müstəvidə müzakirəsinə çalışmalıdır. O yol, dəhliz Ermənistanın ərazisindən keçir. Ermənistan tərəf kimi danışıqlarda mütləıq iştirak etməlidir. O iştirak etmirsə, bu müzakirələr həm mənasız, həm də təhlükəlidir.

- Bəs Ermənistan tərəf kimi danışıqlar masasına oturmursa, Azərbaycan nə etməlidir, nə vaxta qədər onun “nazı ilə oynamalıdır”?

- Ermənistan danışıqlar masasına oturur, amma Rusiyanın şərtlətini qəbul etmir.

- Rəsmi Moskvanın şərtləri hansılardır?

- Rusiya ona çalışır ki, Ermənistan ərazisindən keçən xətti, yolu özünün Federal Təhlükəsizlik Xidməti (FSB) mühafizə etsin. Ermənistan hökuməti də istəmir ki, həmin yolu Rusiya qoşunu qorusun. Ermənistanın Baş naziri Nikol Paşinyan da iddia edir ki, əgər elədirsə, yolu Amerika və Avropa dövlətləri qorusun.

 - Etiraf edək ki, Paşinyanın təklifi də optimal çıxş yolu deyil...

- Yaxşı olardı ki, Azərbaycanla Ermənistanın ortaq bir qüvvəsi yaradılsın. Həmin qüvvə bu yolu qoruya bilər və ya yolun Ermənistandan keçməsinin başqa bir variantı- ya tünel, ya da körpü şəklində - düşünülə bilər. Bir sözlə, Ermənistan ərazisində Rusiyanın mövcudluğunu istəmir. İndiki halda bu məsələdə Azərbaycanla Ermənistanın mövqeyi fərqlənir. Azərbaycan istəyir ki, o yolu Rusiya qorusun. Ona görə də yol açılmır.

- Ermənistanın bu istəyi - Rusiyanı poseslərin kənarında tutmaq cəhdi ona “baha başa gəlməyəcək”?

- Ermənistan artıq hərbi və siyasi cəhətdən Amerikanın təminatı altındadır. Ona görə də bu cür siyasət yürüdür. İndiki məqamda Rusiya Ermənidtana heç bir təzyiq göstərə bilməz. Bu mənada rəsmi İrəvan Rusiyadan uzalqaşmaq istiqamətində xarici siyasət kursu yürüdür.

- Deyək ki, Azərbaycan Rusiyanın təhriki ilə Ermənistana qarşı hansısa addım atdı. Bu məqamda ölkəmizi hansı təhlükə gözləyir?

- Belə olarsa, Amerikanı qarşımızda görə bilərik. Bunu hamımız başa düşməliyik.

Aydın Baxış


SON XƏBƏRLƏR