• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şərurda yanğın olub - FOTOLAR

CƏMİYYƏT

25 Sentyabr 2024 | 17:38

Şərurda yanğın olub - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayon Danyeri kəndində meyvə bağında və yaxınlıqda biçilmiş taxıl sahəsində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın hadisəsi nəticəsində 6000 m² quru otluq sahə və 10 ədəd ağac yanıb, 17000 m² sahə isə yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026
    04 Sentyabr 2026