“Mən bu günə kimi nə faiz aldım, nə də faiz verirəm. Ona görə də, işiniz olanda mənim özümə deyin”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu “Zaurla Günaydın” verilişində deyib.
O, sənət dostlarını tənqid atəşinə tutub: “5, 10 min dollara toya gedən sənətçilər mənim faizimə göz tikirlər. Özlərinə sənətkar adı qoyublar, özlərinə populyar deyirlər. Mən bu günə qədər övladlarıma faiz yedizdirməmişəm. Heç vaxt da yedizdirməyəcəm”.
Ziyafət Əlisoy
















