Türkiyəli məşhur müğənni Emrah (Küçük Emrah) oğlu Tayfun Ərdoğanla əlaqəni tamamilə kəsib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbər yayılıb.
Övladlarından danışan müğənni Tayfurun adını çəkməkdən imtina edib və onunla əlaqəsini kəsdiyini bildirib. Bu da ata - oğul arasındakı problemlərin böyüdüyü iddiasının yaranmsına səbəb olub.
Xatırladaq kİ, Emrah 1991-ci il təvəllüdlü oğlu Tayfun Ərdoğanı yalnız 7 yaşında ikən DNT testi nəticəsində, onun oğlu olduğu üzə çıxandan sonra qəbul edib. Tayfun Ərdoğan ötən il Eda İrapla evlənib. Toy mərasiminə getməyən Emrahın oğlunun yanında olmaması və heç nəyi paylaşmaması diqqət çəkib.
Ziayfət Əlisoy













jpg-1707911337.webp)


