• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Elnarə ŞOK ETDİ: "Duzqabının yerini bilmirəm"

MƏDƏNİYYƏT

15 Fevral 2024 | 09:50

Elnarə ŞOK ETDİ: "Duzqabının yerini bilmirəm"

“Mən aciz adam deyiləm. Mən çox möhkəm adamam. Hər tərəfli... Amma bəzi insanları görəndə düşünürəm ki, gərək gedim başqa işlə məşğul olum”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva müsahibəsində deyib.

Sənətçi ətrafındakı insanlardan gileylənib:

“Necə olur ki, sən həyətində xeyir iş olanda, ya əyləşəndə mənə yığırsan ki, “bacı, gəl belə edək, bunu edək, oxu, nişanı, xınayaxdını təşkil edək, filan şeyi necə edək?” Amma gedib toyunda başqa müğənnini oxudursan, məni layiq görmürsən? Necə olur, qardaş? Hə? Mən səndən pul alıram? Mən səndən pul almalıyam ki, onda yaxşı olum?”

Əməkdar artist heç nəyə “yox” deyə bilmədiyindən, tövbə edib:

“Başa düşdüm ki, insanlar hədlərini aşıblar. Bundan sonra havayı toylar olmayacaq. Bütün tədbirlərə pulsuz gedirdim. Belə şey olar? Nə ailəmdən, nə uşağımdan xəbərim var. Evimdə duzqabının yerini bilmirəm. Heç nəyə vaxtım yoxdur. Görürəm ki, heç vaxt heç kimə hörmət eləmək olmaz”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026