Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən Rusiya-ABŞ danışıqları 4,5 saat davam edib.
Bakıvaxtı.az xəbər verir ki, danışıqlar 15 dəqiqəlik fasilə və lanç fasiləsi daxil olmaqla 5 saata yaxın davam edib.
***
11:42
Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.
Qeyd edək ki, Ər-Riyadakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edirlər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir.
Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, artıq Rusiya nümayəndə heyəti Ər-Riyadda ABŞ tərəfi ilə danışıqların aparılacağı məkana gəlib.
ABŞ-ı Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və prezident Putinin köməkçisi Yuri Uşakov təmsil edir.