“Venera ilə Uran arasında bucaq yaranacaq və təsiri 4 gün çəkəcək”.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə bildirən məşhur astroloq Dinçər Günərin sözlərinə görə, xüsusilə də sevgi münasibətində diqqətli olmaqda fayda var.
Astroloq qeyd edib ki, şəxsi həyatda və münasibətlərdə azadlıq ehtiyacı çox artır: “Bu müddət ərzində tərəfdaşınızı sıxmamağa diqqət edin. Münasibətlər çox qəfildən başlayıb elə tez bitə bilər və münasibətlər uzun sürməyə bilər. Sürpriz, gözlənilməz maliyyə gəlirləri və ya ödənişlər baş verə bilər”.
Günər vurğulayıb ki, ümumiyyətlə, münasibətlərdə gözlənilməz gərginliklər və istiqamət dəyişikliyi baş verə bilər, amma biz də qarşı tərəfə qəfil maraq hiss edə bilərik: “Siz həyəcanlı və narahat ola bilərsiniz, səbrsiz və itaətsiz bir rəftar göstərə bilərsiniz"
Astroloq qeyd edib ki, dostlarla mübahisələr yarana biləcəyi üçün sözlərimizə və rəftarlarımıza diqqət yetirməliyik. Gözlənilməz və ani reaksiyalar verməyimiz də qaçılmazdır:
"Yeni və orijinal layihələr hazırlamaq üçün əla vaxt ola bilər. Gözlənilməz maliyyə dalğalanmaları baş verə bilər. Büdcənizi diqqətlə idarə etmək və xərcləməkdə ehtiyatlı olmaq vacibdir. Yataq otağınızda daha əvvəl sınamadığınız bir şeyi sınayıb cinsi həyatınıza yeni rənglər qata bilərsiniz. Alış-veriş edərkən diqqətli olun, ehtiyacınız olmayan şeyləri ala bilərsiniz".
Xəyalə Rza






jpg-1698396650.webp)


jpg-1698385809.webp)






