• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sexdə işlik meşə materialı aşkarlandı

CƏMİYYƏT

03 Avqust 2023 | 09:32

Sexdə işlik meşə materialı aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göyçay rayonunun Cəyirli kəndindəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 2,8 m³ həcmində işlik meşə materialı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı ağac emalı sexinin kənd sakini İlqan Rəhimova məxsus olduğu məlum olub.

“Faktla bağlı sexin sahibi barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Sexdə aşkarlanmış işlik meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı araşdırma aparılır”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026