• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Şiddətli Pəncşir Döyüşü: "Taliban" ağır itkilər verib

DÜNYA

03 Sentyabr 2021 | 16:00

Şiddətli Pəncşir Döyüşü: "Taliban" ağır itkilər verib

Əfqanıstan Milli Müqavimət Cəbhəsi Kabilin şimalındakı Pərvan əyalətinin mərkəzi Çarikar şəhərində nəzarəti ələ keçirdiyini bildirir.

Bakıvaxtı.az xəbər verir ki, Pəncşirdə gedən döyüşlər nəticəsində Taliban ağır itkilər verib. 

Müqavimət nümayəndələri Twitter-də dünən gecə "Taliban"ın Xavak keçidindən, Andarab vadisindən, Salang keçidindən, Şotul rayonundan, həmçinin Pərvanın Gülbahor şəhərindən Pancşir Vadisinə hücumlarını davam etdirdiyini bildiriblər. Onların sözlərinə görə, Taliban hücuma başlamazdan əvvəl şirkətləri Pancşir-in rabitə və internet xidmətlərini, eləcə də elektrik təchizatını dayandırmağını məcbur ediblər.

"Twitter"dəki mesajlara görə, hər üç sahədə də Taliban ağır itkilər verdib. Onlarla döyüşçünün cəsədi döyüş meydanında qalıb. Onlarla "Taliban" döyüşçüsü təslim olub. Müqavimət cəbhəsi də itkilər verib.

Məlumatda anti-Taliban cəbhəsinə rəhbərlik edən Əhməd Məsudun tərəfdarlarının Badaxşan əyalətində dörd rayonu taliblərdən geri almağı bacardığı da bildirilir.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR