İranın helikopter qəzasında həlak olan Prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Ermənistana səfərə hazırlaşırdı.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər 19 may tarixinə planlaşdırılsa da, sonradan təxirə salınıb.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, qəzadan əvvəl onun səfərinə hazırlıq işləri aparılıb.
















