• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

SOCAR işçilərə ayrılan pulu başqa yerə xərcləyir? - AÇIQLAMA

CƏMİYYƏT

28 Oktyabr 2021 | 13:15

SOCAR işçilərə ayrılan pulu başqa yerə xərcləyir? - AÇIQLAMA

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Azneft" İB-nin işçilərin sağlamlığını qorumadığını iddia edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, İstehsalat Birliyinin işçilər üçün sağlam iş şəraiti yaratmadığını və dəniz obyektlərində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün ayrılmış vəsaitin istiqamət üzrə xərclənmədiyini qeyd edib:

"İşçi üçün sağlam iş şəraiti yaratmaq işəgötürənin vəzifə borcudur!

Azneft İB rəhbərliyindən , dəniz obyektlərində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün ayrılmış vəsaitin istiqaməti üzrə xərcləndiyinin dəqiqləşdirməsinin aparılmasını xahiş edirəm:

Yataqxanalara( platformalar. xüsusilə Neft Daşlarında), o cümlədən köhnə özüllərdə işçilərin istirahəti üçün nəzərdə tutulmuş budkalara (istirahət üçün nəzərdə tutulmuş) ayrılmış(sənədlə) və işçilərin istifadəsinə verilmiş (faktiki) avadanlığın ( televizor,soyuducu,paltar şkafları vəs), yataq dəstləri (işçilərin özləri aldığını hesaba almadan!!), dəsmal,məişət avadanlığı və s. yerində yoxlanılması(inventar nömrəsi ilə) , silinmə aktları ilə dəqiqləşdirilməsi aiddir."

Mirvari Qəhramanlı onu da qeyd edib ki, SOCAR işçi heyəti və qonaqlar üçün iaşə (katerinq) xidmətinin satınalması məqsədilə açıq tender elan etməyib:

"Ölkəmizdə reallaşdırılan neft layihələrində iştirak edən xarici neft şirkətləri işçilərinə iaşə xidməti göstərmək üçün Catering şirkətləri tender yolu ilə seçir.Və öz işçilərini (dənizdə və quruda)pulsuz ,yeməklə təmin edir.

Sual: SOCAR ölkədə çoxlu sayda Catering (iaşə xidməti) şirkətlərin olmasına rəğmən , heç bir tender elan etmədən işçilərinə iaşə xidməti göstərilməsi üçün sovetdən qalma, adı dəyişdirilib Xəzəriaşə olmuş ORS(Fəhlə təchizatı idarəsi) seçib( təyin edib).Niyə? Maraq nədi?"

Mövzu ilə bağlı SOCAR-a sorğu göndərilib.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026