• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Şok: Rusiya Ukraynada daha bir bəndi vurdu

DÜNYA

11 Iyun 2023 | 23:08 | Müəllif: Subhan Mahmudov

Şok: Rusiya Ukraynada daha bir bəndi vurdu

Rusiya Kaxovka su elektrik stansiyasında törədilən terror aktından sonra dayanmır və bəndləri dağıtmağa davam edir. İndi düşmən Zaporojye vilayətində bəndi uçurub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Tavriya Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mərkəzinin spikeri Valeri Şerşen deyib.

"Ruslar Donetsk vilayəti ilə sərhəddə, Zaporojye vilayətinin Poloqovski rayonunun Novodarovka kəndi yaxınlığında bəndi partladıblar. Aydındır ki, düşmən Ukrayna qoşunlarının hücumunu dayandırmaq üçün hər şeyi etməyə çalışır. Su bəndinin dağıdılması daşqınlara səbəb olub. Bu, Mokrıye Yalı çayının hər iki sahilinin daşmasına səbəb olub",- o bildirib.

Şerşen bunun Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətlərinin gedişatına heç bir şəkildə təsir etməyəcəyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026