• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Şolts: İqlimlə bağlı maliyyələşdirmə məsələləri Bakıda müzakirə ediləcək

COP29

26 Aprel 2024 | 13:05

Şolts: İqlimlə bağlı maliyyələşdirmə məsələləri Bakıda müzakirə ediləcək

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib:

Kansler qeyd edib ki, 15 il bundan əvvəlki vaxtlarla müqayisədə hazırda söhbət təkcə gələcək texnologiyaların tətbiqindən deyil, iqtisadi effektiv olan texnologiyaların maliyyələşdirilməsindən gedir.

“İqlim maliyyələşdirilməsi üzrə yüksək səviyyəli müstəqil ekspert qruplarının məlumatlarına görə, 2030-cu il üçün inkişaf etmiş və inkişafda olan dövlətlərdə texnologiyaların yenilənməsinə illik 2,4 trilyon dollar lazımdır. Bu, böyük rəqəmdir. Bura təkcə bir ölkənin və ya kiçik bir qrup ölkənin vəsaitləri kifayət etməcəyək. Belə miqyaslı investisiyalar üçün bir çoxlarının qoşulması lazımdır”, - O.Şolts deyib.


SON XƏBƏRLƏR

06 May 2024