• Bakı 16° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Son sutkada koronaya yoluxanların sayı - STATİSTİKA

CƏMİYYƏT

20 Mart 2023 | 17:06

Son sutkada koronaya yoluxanların sayı - STATİSTİKA

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 4 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 271 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 795 nəfər müalicə olunaraq sağalıb, hazırda 323 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 526, bu günə qədər isə ümumilikdə 7 549 889 test icra olunub.
 


SON XƏBƏRLƏR