• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

İQTİSADİYYAT

07 May 2024 | 17:23

Sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,8 milyard manatdan çox olub.

Bakıvaxtı.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7% və ya 190,1 milyon manat çoxdur. Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 14 faiz artaraq 1,2 milyard manata yaxın olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 13,8 faiz artaraq 64,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 faiz artıb və 48,9 milyon manata çatıb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 318,3 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2 faiz artıb və 225,1 milyon manat olub.


SON XƏBƏRLƏR

18 May 2024