• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şoyqu Putinə əməliyyatın başa çatdığını məruzə etdi

DÜNYA

20 May 2022 | 23:43

Şoyqu Putinə əməliyyatın başa çatdığını məruzə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və "Azovstal" zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub.

“Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, - Konaşenkov deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026