• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Şri-Lanka BRİKS-ə üzv olmaq üçün müraciət edəcək

İQTİSADİYYAT

14 Oktyabr 2024 | 16:45 | Müəllif: Gülşən Şərif

Şri-Lanka BRİKS-ə üzv olmaq üçün müraciət edəcək

Tarixinin ən böyük iqtisadi böhranlarından birini yaşayan Şri-Lanka BRİKS iqtisadi əməkdaşlıq qrupuna üzv olmaq üçün müraciət edəcək.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka xarici işlər naziri Vijitha Herat açıqlama verib.

O, açıqlamasında ölkəsinin 23-24 oktyabr tarixlərində Kazanda keçirilməsi planlaşdırılan BRİKS Sammitində üzvlük müraciətini təqdim edəcəyini bildirib.

"Şri-Lankanın müraciətinə dəstək verilməsi üçün Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika da daxil olmaqla, BRİKS ölkələri ilə əlaqə saxlayıb", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, ərizə qərarı ağır iqtisadi böhran və davam edən borcun restrukturizasiyası səyləri ilə mübarizə aparan Şri-Lankanın noyabrın 14-də keçiriləcək parlament seçkilərinə hazırlaşdığı bir vaxtda verilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR