Azərbaycanın 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyindən (UWW) 3 min dollar pul mükafatı alıb.
Bakıvaxtı.az UWW-nin saytına istinadən xəbər verir ki, 2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğu üçün bu mükafata layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) 3 min dollar, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 min dollar mükafat əldə edib.
















