• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Stoltenberq Ərdoğana cavab verdi: "Tarixi an olacaq"

DÜNYA

16 May 2022 | 22:35 | Müəllif: Subhan Mahmudov

Stoltenberq Ərdoğana cavab verdi: "Tarixi an olacaq"

"Türkiyənin dilə gətirdiyi narahatlıqları Finlandiya və İsveçin NATO-ya üzv olmaq prosesini gecikdirməyəcək şəkildə müzakirə edəcəyimizə əminəm".

Bakıvaxtı.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib:

"NATO-ya qoşulmaq barədə qərar vermək onların suveren hüququdur. Qərarlarına hörmət edəcəyik. Finlandiya və İsveçin üzv olmaq barədə müraciət etməsi tarixi an olacaq. Türkiyə bəzi narahatlıqlarını dilə gətirdi. NATO hər zaman olduğu kimi narahatlıqlar olanda masaya oturur. Üzv olmaq məsələsində necə hərəkət edəcəyimiz barədə ortaq mövqeyə və fikir birliyinə gəcələyimizə əminəm".

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Yunanıstanı misal çəkərək Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadıqlarını ifadə edib:

"Bizdən əvvəlki rəhbərlik Yunanıstanla bağlı NATO məsələsində səhv qərar verdi. Yunanıstanın NATO-ya güvənərək Türkiyəyə qarşı davranışlarını bilirsiniz. Bu məsələdə Türkiyə olaraq ikinci dəfə səhv etmək istəmirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026