• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Stoltenberqdən Putinin nüvə təhdidinə REAKSİYA

DÜNYA

21 Sentyabr 2022 | 17:22

Stoltenberqdən Putinin nüvə təhdidinə REAKSİYA

“Nüvə müharibəsi qələbə ilə bitə bilməz”.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları müharibənin Moskva üçün uğurlu davam etmədiyini göstərir: “O, çox təhlükəli açıqlamalar verir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

V.Putin həmçinin vurğulayıb ki, Rusiyanı nüvə silahı ilə təhdid edənlər "külək gülü"ndən çəkinməlidir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR