• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Su-34-lər vurulur: Rusiya taktikanı dəyişəcək

DÜNYA

03 Mart 2024 | 09:40 | Müəllif: Subhan Mahmudov

Su-34-lər vurulur: Rusiya taktikanı dəyişəcək

Ukrayna ötən gün də Rusiyaya məxsus Su-34 təyyarəsini məhv edib. Lakin rusların hələ də kifayət qədər müxtəlif təyyarəsi var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş deyib.

“Təyyarələrin məhv edilməsi düşmən taktikasının dəyişməsinə səbəb olur. Onlar taktikanı, hava hücumlarının sayını dəyişə bilərlər. Həmçinin ruslar təyyarənin tipini dəyişə, məsələn, daha köhnəlmiş Su-25 və ya ordu təyyarələrindən istifadə edə bilərlər”, - Yevlaş bildirib.

Qeyd edək ki, Ukrayna hərbçiləri 17-27 fevral tarixlərində Su-34 də daxil olmaqla, Rusiyanın 10 hərbi təyyarəsini vurub. 29 fevral-2 mart tarixlərində isə 4 ədəd Su-34 məhv edilib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026