• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Subay kişiləri gözləyən TƏHLÜKƏ - Vaxtından əvvəl...

CƏMİYYƏT

31 May 2022 | 03:19 | Müəllif: Qalib İbrahimoğlu

Subay kişiləri gözləyən TƏHLÜKƏ - Vaxtından əvvəl...

Subay kişilərin vaxtından əvvəl ölmə ehtimalı 3 dəfə çoxdur. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin terapiya və ümumi praktika üzrə baş müstəqil mütəxəssisi Oksana Drapkina xəbərdarlıq edib.

“Siqaret, sistematik alkoqol istehlakı, stress 55-64 yaş arası kişilər üçün əsas risk faktorlarıdır. Üstəlik, ailəsinin olmaması vəziyyəti daha da ağırlaşdıra bilər. Bəli, subay olmaq kişilərin sağlamlığı üçün yaxşı deyil - vaxtından əvvəl ölüm riski 3 dəfə artır”, - ekspert bildirib. 

75 yaşdan yuxarı kişilər üçün əsas risk faktorlarına siqaret çəkmək, iltihablı xəstəliklər, böyrək funksiyasının pozulması və fiziki hərəkətsizlik daxildir. (publika.az). Drapkinanın sözlərinə görə, 55-64 yaşlı qadınların uzunömürlülüyünə stress və hipertoniya mənfi təsir göstərir. Uşağın olmaması da qadınların sağlamlığına mənfi təsir edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR