• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sürücü onu söyən qadın sərnişini YERƏ ATDI - VİDEO

CƏMİYYƏT

29 Iyun 2022 | 17:47

Sürücü onu söyən qadın sərnişini YERƏ ATDI - VİDEO

Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır.

Bakıvaxtı.az-ın apa-ya istinadən məlumatına görə, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib.

Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.

"Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.

Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb.

*** 15:20

Sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Hadisənin videogörüntüsünə əsasən sərnişin avtobus sürücüsünü öncə təhqir edib, sonra isə ona hücum edib. Sürücü də onu təhqir edib, təpiklə vurub, sonra isə avtobusdan yerə atıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026