• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Sumqayıt Tekstil”in dövlətə məxsus payı özəlləşdirildi

CƏMİYYƏT

02 Avqust 2023 | 15:05

“Sumqayıt Tekstil”in dövlətə məxsus payı özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı ilə bağlı elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, müsabiqənin qalibi “Sumqayıt Texnologiyalar Parkı” MMC-dir.

Şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə əsasən, dövlət büdcəsinə 5 milyon manat köçürməyə, yaxın 2 il ərzində müəssisəyə 9,1 milyon manat investisiya qoymağa dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi, 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026