Sumqayıtda yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, şəhərdə beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Qonşu otaqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















