• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Sumqayıtda hərbi sursat tapıldı - VİDEO

CƏMİYYƏT

25 Iyun 2023 | 16:40

Sumqayıtda hərbi sursat tapıldı - VİDEO

Sumqayıtda hərbi sursat tapılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 85mm-lik OF-365 və 1 ədəd 76mm-lik OF-350 top mərmisinin gövdəsi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Sumqayıtda hərbi sursat tapıldı - VİDEOSumqayıtda hərbi sursat tapıldı - VİDEOSumqayıtda hərbi sursat tapıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026