Sumqayıtda maşın vuran 4 yaşlı uşaq 3 gün sonra xəstəxanada ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə 3 gün öncə şəhərin Sülh prospektində qeydə alınıb. “Nissan” markalı avtomobil 2020-ci il təvəllüdlü Sərxan Kamil oğlu Bayramlını vurub.
Azyaşlı hadisədən sonra Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılıb, bu gün həmin xəstəxanada vəfat edib.
Fakt araşdırılır.