Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Novruzov Sədiyar İmamverdi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 52 yaşlı kişi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb /apa/.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Qətli törədənin tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
















