• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sumqayıtda yük maşını kişini vuraraq öldürdü

HADİSƏ

25 Yanvar 2023 | 09:14

Sumqayıtda yük maşını kişini vuraraq öldürdü

Sumqayıtda yük avtmobili ahıl kişini vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yanvarın 24-də Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı km-də qeydə alınıb.

Belə ki, sürücü, 1957-ci il təvəllüdlü Babayev Bəhram Kərim oğlu idarə etdiyi “QAZ-330210” markalı yük avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü Gülmalıyev Adil Məhi oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR