“Survivor” yarışmasının iştirakçısı Yasin Obuz h barəsində həbs qərarı çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb isə onun sosial şəbəkə hesablarında qanunsuz mərc oyunlarını təşviq etməkdə təqsirli bilinməsdir.
Yasinin noyabrın 5-də Türkiyəni tərk etdiyi də üzə çıxıb.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbil də qanunsuz mərc oyunlarını təşviq etməkdə təqsirli bilindiyi üçün ev dustaqlığına məhkum edilmişdi.