• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Şuşada 5 tarixi abidənin bərpası yekunlaşıb

CƏMİYYƏT

09 Iyul 2022 | 13:42 | Müəllif: Subhan Mahmudov

Şuşada 5 tarixi abidənin bərpası yekunlaşıb

Artıq Şuşada 5 tarixi abidədə bərpa işləri yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, hazırda 3 mühüm abidədə - Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılır.

Onun sözlərinə görə, bu il üçün nəzərdə tutulan başlıca işlərdən biri də şəhərdə 960 şagirdlik məktəbin inşasıdır.

Aydın Kərimov Prezident İlham Əliyev tərəfindən Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, yaxın vaxtlarda onun da tikintisinə başlanacaq.

Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, Şuşada bütün Qarabağ üzrə televiziya və radio yayımının müasir formada təşkili məqsədilə xüsusi Teleqüllənin inşasına başlanılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026