• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şuşada əsir götürülən Maral Nacaryan Livana qayıtdı

GÜNDƏM

11 Mart 2021 | 09:33

Şuşada əsir götürülən Maral Nacaryan Livana qayıtdı

Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan əsirlikdən azad edilib.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə erməni deputat Naira Zöhrabyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Nacaryan indilərdə Beyrutdakı evinə çatıb.

"Mediaport" telegram kanalı isə erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun səylərini vurğulayıb.

Qeyd edək ki, Livan vətəndaşı olan snayper Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra əsir düşdüyü bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026