• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"İDEAL" mağazalar şəbəkəsinin əvvəlki sahibinin şikayəti RƏDD EDİLDİ

GÜNDƏM

09 Aprel 2021 | 16:22

"İDEAL" mağazalar şəbəkəsinin əvvəlki sahibinin şikayəti RƏDD EDİLDİ

Bakı Apellyasiya Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan həbs qətimkan tədbiri qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən iclasda şikayət araşdırılsa da, təmin edilməyib.

İttihama görə, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026