• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Üç rayona yeni prokuror TƏYİN OLUNDU

CƏMİYYƏT

20 Aprel 2022 | 19:19 | Müəllif: Subhan Mahmudov

Üç rayona yeni prokuror TƏYİN OLUNDU

Ağsu, Oğuz və Salyana yeni prokurorlar təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Sumqayıt şəhər prokurorun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad olunaraq Ağsu rayon Prokuroru vəzifəsinə təyin olunub.

Bundan başqa Ağsu rayon Prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq Salyan rayon Prokuroru təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov Oğuz rayon Prokuroru təyin edilib.

Təyinatları Baş Prokurorluğun mətbuat xidməti "Unikal"-a təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026