• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

İrandan Ukraynaya silah

DÜNYA

10 Aprel 2024 | 18:58 | Müəllif: Subhan Mahmudov

İrandan Ukraynaya silah

ABŞ ordusu Yəməndəki husilərə göndərilərkən İran qüvvələri tərəfindən ələ keçirilən kiçik silah və sursatları Ukraynaya göndərdiyini açıqlayıb. 

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, keçən həftə edilən transfer Ukraynanın əhəmiyyətli dərəcədə sursat çatışmazlığı ilə üzləşdiyi və ABŞ-ın respublikaçı qanunvericilərinin yeni yardımların qarşısını alması ilə baş verdi.

Lakin o, Kiyevin artilleriya və hava hücumundan müdafiə sursatları kimi mühüm əşyalara olan tələbatını ödəmirdi. ABŞ Mərkəzi Komandanlığı Centcom sosial mediada verdiyi açıqlamada "ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinə 5 mindən çox AK-47, pulemyot, snayper tüfəngi, RPG-7 və 500 mindən çox 7,62 mm-lik sursat təhvil verib" - deyə yazıb. 

Açıqlamada “Bu silahlar Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinə kömək edəcək” yazılıb.  

Briqadanın təchiz edilməsi üçün kifayət qədər materialın olduğu bildirilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR