• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Talibandan ABŞ və İngiltərəyə xəbərdarlıq: "Bunun nəticələri olacaq"

CƏMİYYƏT

23 Avqust 2021 | 17:25

Talibandan ABŞ və İngiltərəyə xəbərdarlıq: "Bunun nəticələri olacaq"

Əfqanıstanın paytaxtı Kabildə təxliyə vaxtına qarşı yarış davam edərkən, Taliban hərəkatı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, ötən həftə Əfqanıstanın paytaxtı Kabilə girən Taliban ölkənin çox hissəsində nəzarəti ələ alıb. Şəhərin hava limanında başlayan humanitar böhran davam edərkən, Talibandan bir açıqlama gəldi.

Qərb güclərinin 31 Avqusta qədər geri çəkilmələri lazım olduğunu xatırladan Taliban sözçüsü Dr Suhail Shaheen, bu müddətin uzadılmasına icazə verməyəcəklərini açıqlayıb.

Bu tarixin 'qırmızı xətlər' olduğunu vurğulayan Shaheen, bu müddətin uzadılmasının 'nəticəsi' olacağını bildirib.

İngilis “SKY News” -a danışan sözçü "ABŞ və ya İngiltərə təxliyyələrə davam etmək üçün əlavə vaxt istəsə, cavabımız “yox” olacaq" deyib.

ABŞ Prezidenti Co Bayden, bütün amerikalıların ölkəni tərk etməsi üçün 31 Avqust tarixini təyin etdi, lakin İngiltərə hər kəsi təxliyə etmək üçün daha iki həftə lazım olduğuna israr edir.

İngiltərənin Baş naziri Boris Johnson, G7 liderləri ilə mümkün uzadılma mövzusunda görüş qərarı almışdı.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026