• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tanınmış FIFA referisi infarkt keçirib

İDMAN

28 Mart 2022 | 12:38

Tanınmış FIFA referisi infarkt keçirib

Rumıniyalı FIFA referisi Ovidiu Hatseqan infarkt keçirib.

Bakıvaxtı.az "GSP.ro" saytına istinadən xəbər verir ki, 42 yaşlı hakim təcili əməliyyat olunub.

Hatseqan bir gün əvvəl döş qəfəsində şiddətli ağrı hiss edib və xəstəxanaya aparılıb. Həkimlər isə ona infarkt diaqnozu qoyublar.

Hazırda ədalət təmsilçisinin vəziyyəti stabildir və ən azı həftənin sonunadək xəstəxanada qalacaq. Referinin fiziki məşqlərdən sonra özünü pis etdiyi vurğulanıb.

Qeyd edək ki, Ovidiu Hatseqan cari mövsüm, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası da daxil olmaqla, ümumilikdə 28 oyun idarə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026