• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tanınmış jurnalistə MEDİA-da vəzifə verildi

GÜNDƏM

16 Aprel 2021 | 15:39

Tanınmış jurnalistə MEDİA-da vəzifə verildi

Tanınmış jurnalist Natiq Məmmədli Medianın İnkişafı Agentliyində (MEDİA) vəzifəyə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə N.Məmmədli "Facebook" hesabında məlumat paylaşıb.

"25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam", - jurnalist bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026