• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tarixdə ən çox müzakirə edilən psixoloji araşdırma: Kiçik Albert təcrübəsi

DÜNYA

12 Sentyabr 2023 | 16:27

Tarixdə ən çox müzakirə edilən psixoloji araşdırma: Kiçik Albert təcrübəsi

İki tədqiqatçı kondisionerin insan psixologiyasında necə baş verdiyini anlamaq üçün tarixi təcrübə aparıb. Lakin 9 aylıq körpənin testdə istifadə edilməsi bu gün də mübahisələr yaradır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Kiçik Albert təcrübəsi John B. Uotson və onun aspirantı Rozali Rayner tərəfindən Pavlonun it təcrübəsini bir addım irəli aparan bir araşdırma idi.

Albert ləqəbli körpə təcrübədə iştirak edəndə cəmi 9 aylıq idi. Uotson və Rayner körpəni ağ siçan, dovşan, meymun, maska və yanan qəzetlər də daxil olmaqla bir sıra stimullara məruz qoyaraq körpənin reaksiyalarını müşahidə edib.

Albert bütün stimullara qorxu reaksiyası verməyib. Təcrübənin ikinci mərhələsində Uotson siçanı göstərəndə çəkiclə metal boruya vuraraq yüksək səs çıxarıb. Təbii ki, Albert səsi eşidən kimi ağlamağa başlayıb.

Təcrübənin bu mərhələsi bir neçə dəfə təkrarlanıb. Nəhayət, Albert nə vaxt ağ siçan görsə, səsi gözləməyə, daha sonra siçanı görən kimi ağlamağa başlayıb.

Təcrübə insanlarda emosional reaksiyaların şərtləndirilə biləcəyini göstərməklə yanaşı, stimulun ümumiləşdirilə biləcəyini də göstərib. Təcrübədən sonra Albert təkcə ağ siçandan deyil, eyni zamanda ağ cisimlərdən də qorxmağa başlayıb. Qorxduğu şeylər arasında: Raynerin xəz paltosu və Şaxta baba saqqalı taxan Uotson da var idi.

Təcrübə psixologiyanın ən məşhur təcrübələrindən biri olmaqla yanaşı demək olar ki, hər psixologiya kursuna daxil edilsə də, bir çox cəhətdən tənqid olunub.

İlk narahatlıq təcrübədə körpənin istifadəsi ilə bağlı idi. İkincisi, təcrübədə yalnız Uotson və Rayner var idi; bütün mühakimələr iki nəfərin şəxsi şərhinə əsaslanırdı.

Balaca Albertin başına gələnlərə gəldikdə isə, bu hələ də sirr olaraq qalır. Edilən ilk iddiaya görə; Albertin əsl adı Douglas Merritte idi. Duqlas 1925-ci il mayın 10-da doğulduğu gündən əziyyət çəkdiyi hidrosefali (beyində maye toplanması) səbəbiylə altı yaşında vəfat edib. Bu vəziyyət, onsuz da mübahisəli olan eksperimentin mənəvi ölçüsünü daha da çıxılmaz vəziyyətə salıb.

İkinci iddia isə 2014-cü ildə edilib və Albertin əsl adının Uilyam Barger olduğu bildirilib. Lakin bu, iddiadan başqa bir şey deyildi.

Yekun olaraq; Albertin əsl taleyini bilməsək də, Kiçik Albert təcrübəsi bu gün də psixologiya sahəsinə təsirini davam etdirir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026