Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadiyyatdan təhlükəsizliyə, müdafiədən enerjiyə qədər bütün sahələrdə ortaq hədəflərə doğru əmin addımlar atılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsində yazıb.
“Oktyabrın 3-də Türk Dövlətlərinin Əməkdaşlıq Gününü və Türk Dövlətləri Təşkilatının əsas sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünü qürurla qeyd edirik”.
XİN başçısı TDT-nin türk dünyası üçün daha güclü və müstəqil gələcək qurmağa kömək edəcəyinə ümidvar olduğunu bildirib.
“Ümid edirəm ki, uğurlarımız daimi olacaq”, - o vurğulayıb.