• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

İlaxır çərşənbədə Bakıda tonqala düşənlərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

19 Mart 2025 | 10:08

İlaxır çərşənbədə Bakıda tonqala düşənlərin SAYI AÇIQLANDI

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.03.2025-ci il tarixində saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəsarət alan 8 yaşlı qız hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Digər xəsarət alan 5, 6 və 11 yaşlı oğlanlara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Mart 2025