• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

TƏBİB-dən qan ehtiyatı ilə bağlı VACİB XƏBƏR

CƏMİYYƏT

14 Sentyabr 2022 | 11:59

TƏBİB-dən qan ehtiyatı ilə bağlı VACİB XƏBƏR

Hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlara rast gəlinir: "Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur. Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları​ zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.​

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər".


TƏBİB-dən qan ehtiyatı ilə bağlı VACİB XƏBƏR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026